1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Mühüm məqamlardan biri din xadimlərinin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun daha da artırılmasıdır".
Oxu.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda bildirib.
O qeyd edib ki, bu məsələdə vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir:
"Dini mərkəz olaraq illər öncə milli xüsusiyyət və tarixi ənənələrimizi ehtiva edən geyim forması işləyib-hazırlamış və tətbiq etmişdik. Vahid ruhani formasının qəbulunda məqsəd - hər bir uniforma daşıyan peşə sahibləri kimi, din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir.
Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl olunmaması cəmiyyət tərəfindən birmənalı qarşılanmır".
Məhərrəm Əliyev