1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Dövlətimizi güclü edən əsas amillərdən biri, heç şübhəsiz ki, multikultural ənənələrimizlə yanaşı, milli-mənəvi dəyərlərimizi qorumağımızdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulub. Cəmiyyətimizin əsasını təşkil edən bu sütunun sarsılmazlığını daimi etmək bizim əlimizdədir, düzgün seçimlərimizdən, fəaliyyətimizdən, davranışlarımızdan asılıdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Din Xadimlərinin Forumunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
O bildirib ki, biz yeni bir tarixi mərhələnin iştirakçılarıyıq:
"Təəssüflə qeyd etməliyik ki, bu mürəkkəb tarixi dövrdə din amili bəzən məqsədli şəkildə cəmiyyətləri parçalamaq üçün istifadə edilir. Etiqad anlayışının ictimai təfəkkürə təsir göstərən siyasi texnologiya vasitəsi kimi istifadə edilməsi cəhdləri dinin sosial və mədəni məzmununu təhrif edir. Onun birləşdirici funksiyasına kütləvi şübhə yaratmağa yönəlir. Əsas hədəf belə yanlış təqdimatların yaratdığı təhdidlərə ölkəmizin meydan olmasına imkan verməməkdir. Biz dinlər və mədəniyyətlər arasında dialoqun bəşəriyyətin tarix boyu can atdığı daha yaxşı bir dünya qurmaq arzusuna çatmaq üçün ən yaxşı vasitə olduğuna inanırıq. Yüzillərdir ki, Azərbaycan xalqının bu inancı sabit qalır".
O əlavə edib ki, qloballaşma bəzən təhdidlərin də qloballaşması deməkdir:
"Güclü dövlət həm də belə ehtimalları vaxtında aşkara çıxarır, proqnozlaşdırır, zəruri önləyici tədbirlər görür. Din xadimlərinin dövlət qurumları ilə kommunikasiyasının inkişaf etdirilməsi, bu baxımdan, son dərəcə zəruridir".
Məhərrəm Əliyev