AZ

Azərbaycanda pilot qaydada iş yerlərinin attestasiyasına başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi artıq pilot qaydada iş yerlərinin attestasiyasına başlayıb.

“İki sahil” xəbər verir ki, bunu Xidmətin rəis müavini Nərmin Mirzəyeva Bakıda keçirilən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusundakı konfransda bildirib.

"Həm Bakıda, həm də regionlarda əməyin mühafizəsi və təhlükəsizliyinə dair genişmiqyaslı marifləndirmə tədbirləri, "Nümunəvi işəgötürən layihəsi" həyata keçirilir. Bu layihə ilə əməyin mühafizəsi sahəsində nümunəvi işəgötürən müəyyən edilir və digər işəgötürənlər onun təcrübəsini öyrənir. Layihə xüsusilə regionlarda çox aktualdır", - deyə o qeyd edib.

Seçilən
15
5
ikisahil.az

8Mənbələr