AZ

Yeni Hemodializ şöbələri yaradılır

Yeni Hemodializ şöbələri yaradılır.
 
Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, 2024-cü ildə Goranboy Rayon Mərkəzi Xəstəxanasında 10 cihazlıq Hemodializ şöbəsi istifadəyə verilib, şöbədə ayda orta hesabla təqribən 60-dan çox xəstəyə dializ xidməti göstərilir:
 
“Gələn il isə Sumqayıt Tibb Mərkəzində 10 aparatlıq 2-ci hemodializ şöbəsi fəaliyyətə başlayacaq. Ümumiyyətlə, hazırda ölkədə işlək vəziyyətdə olan hemodializ aparatlarının sayı 723 ədəddir. Ölkə üzrə hemodializ şöbələrinin sayı isə 54-dür və 4 mindən artıq xəstəyə xidmət göstərilir”.
Seçilən
6
6
medicina.az

6Mənbələr