AZ

Kuba sahillərində 5,9 maqnitudalı zəlzələ olub

Kuba yaxınlığında 5,9 maqnitudalı zəlzələ olub.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 53 minə yaxın əhalisi olan Bartolome-Masodan 52 km cənub-şərqdə, ocağı isə 13 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
 
 

Seçilən
8
3
7news.az

4Mənbələr