Azərbaycanın D8-də üzvlük məsələsi uzun müddət idi ki müzakirə olunurdu.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, rəsmi Bakının qurumda üzvlük ərizəsini İslam Respublikası iki ölkə arasındakı əlaqələr çərçivəsində dəstəkləyib:
"Azərbaycanı təbrik edirik. Artıq 3 üzv ölkə İranla qonşudur və bu üzvlüyü yaxşı əlamət hesab edirik".
Xatırladaq ki, İlham Əliyev həm İran, həm də Türkiyə prezidentinə ayrı-ayrılıqda D8-ə üzvlüyün dəstəklənməsi ilə bağlı təşəkkür məktubu ünvablayıb.
Telegram kanalımız