AZ

“Bu işdə Zaurların, Xoşqədəmlərin, Elgizlərin rolu danılmazdır”

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova plastik-cərrah Sevinc Heydərova ilə bağlı iddia səsləndirib.

Publika.az xəbər verir ki, jurnalist onun uzun müddətdir çalışdığı Respublika Diaqnostika Mərkəzindəki fəaliyyətinə son qoyulduğunu yazıb.

"Əldə etdiyim yeni məlumatları sizinlə bölüşmək istəyirəm: Plastik-cərrah kimi tanınan, amma əslində ixtisasca nevroloq olan və cəmi 9 günlük kurs keçərək plastik cərrah sertifikatı alan Sevinc Heydərova artıq Respublika Diaqnostika Mərkəzindən uzaqlaşdırılıb. Maraqlıdır ki, vaxtilə həmin mərkəzin rəsmi saytında ona 14 illik cərrah təcrübəsi aid edilmişdi. Ancaq bu “şedevr məlumat” artıq saytdan silinib. Bəlkə də, 14 ilin 9 günlə necə uzlaşdığını izah edə bilmədiklərindən belə bir addım atıblar…".

Q.Ataşova plastik-cərrahın piar olunmasında telekanalları günahlandırıb:

"Hadisələrin bu yerə gəlib çatmasında telekanlların "soft" düşüncə formalaşdıran proqramlarının - Zaurların hər ikisinin, Xoşqədəmlərin, Jalələrin, saxta həkimi efirə dəvət edib real üzünü göstərən İlqarların və Elgizlərin rolu danılmazdır. Çünki “1 nömrəli neyrocərrah”, “böyrəyin atası”, “ürəyin maması”, “ciyərin xalasıoğlu” titullarını sadə xalqımıza sırıyanda həm də Sevinc xanım kimi ixtisaslı nevroloqun taleyini dəyişdilər".

Jurnalist qeyd edib ki, bəzi klinikalar sertifikatlı plastik-cərrahlarla işbirliyini dayandırıblar:

phrase_var_article.chosen
3
8
publika.az

9phrase_var_article.sources