AZ

Hindistan “Pralay” ballistik raketinin ixrac variantını sınaqdan keçirəcək

Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) “Pralay” ballistik raketinin ixrac variantını sınaqdan keçirməyi planlaşdırır.

Bu barədə “Poliqon” “Indian Defence Research Wing” (IDRW) nəşrinə istinadən xəbər verib.

Nəşrin bildirdiyinə görə, standart “Pralay” raketi 150-500 km uçuş məsafəsinə malikdir. Ancaq Hindistan “Pralay”ın xarici ölkələrə tədarükünü asanlaşdırmaq üçün ixrac variantında raketin uçuş məsafəsini 290 km ilə məhdudlaşdıracaq.

Qeyd edilib ki, bu inkişaf Hindistanın müdafiə ixracını genişləndirmək strategiyasının bir hissəsidir və artıq Ermənistan kimi ölkələr tərəfindən “Pralay”a maraq göstərilir.

Həmçinin bax: Ermənistan Hindistanın “Pralay” ballistik raketlərini almaq istəyir

Seçilən
14
poliqon.az

1Mənbələr