AZ

Metropolitenin yeni sədri Vüsal Aslanov KİMDİR? - Dosye

Azərbaycan Prezidenti İlham Əliyev Zaur Mir Tofiq oğlu Hüseynovu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edib və onun yerinə Vüsal Yusif oğlu Aslanovu təyin edib.


Titul.az xəbər verir ki, V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və təsərrüfat hüquqi fakültəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb.
2004-cü ildən “Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.
2005-2006-cı illərdə hərbi xidmətdə olub. 2006-2013-cü illərdə “Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, idarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.
V.Aslanov 2010-2014-cü illərdə “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015-ci illərdə “Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, “Retro-Park” MTK-nin sədri vəzifəsini daşıyıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri kimi fəaliyyət göstərib.
2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.
Evlidir, 3 övladı var.
Seçilən
9
49
yenilik.az

10Mənbələr