AZ

“Şahdağ” gəmi-bərəsi təmir olunaraq istismara qaytarılıb

Bakı. Trend:

ASCO-nun Dəniz Nəqliyyat Donanmasına məxsus “Şahdağ” gəmi-bərəsitəmir olunub.

Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, “Zığ” Gəmi Təmiri Zavodunda aparılan işlər qısavaxtda və yüksək keyfiyyətlə həyata keçirilib.

Gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducularıtəmir edilib. Gəminin köməkçi buxar qazanında və köməkçi qazanındazəruri işlər yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq,boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqlarısazlanıb.

Bundan başqa, gəminin rabitə və elektroradionaviqasiyaavadanlıqları təmir edilib. Nasaz vəziyyətdə olan ehtiyyathissələri yenisi ilə əvəz olunub. Həmçinin müasir, bərədə yeni tipsürət ölçən Laq naviqasiya avadanlığı quraşdırılıb.

Eyni zamanda, gəminin suüstü hissəsi təmizlənərək rənglənib.Bundan başqa, dənizçilərin yaşayış və xidməti otaqları müasirtələblər səviyyəsində yenilənib.

Dəniz sınaq yoxlamasından uğurla çıxan “Şahdağ” yenidənTransxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımalara cəlbedilib. Bu çərçivədə ilk səfəri Ələt limanından Kurık limanınaolub.

Məlumat üçün bildirək ki, uzunluğu 154.50, eni isə 18.3 metrolan gəminin maksimal sürəti 12,5 uzeldir.

Seçilən
8
9
az.trend.az

10Mənbələr