AZ

Qalib gələrsə, 7-ci dəfə prezident olacaq

Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

O qalib gələrsə, bununla da yeddinci dəfə ölkəyə rəhbərlik etmiş olacaq.

Qeyd edək ki, 2025-ci il yanvarın 26-sı baş tutacaq seçkilərdə prezidentlik postu uğrunda 9 nəfər mübarizə aparacaq.

Onu da bildirək ki, Belarusda dövlət başçısı 5 il müddətinə seçilir. Respublikada sonuncu prezident seçkiləri 2020-ci il avqustun 9-da keçirilib. Bu zaman hazırkı Prezident Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib gəlib. Onun müxalifətdən olan rəqibi Svetlana Tixanovskaya isə 10 faiz səs toplayıb.

phrase_var_article.chosen
3
qafqazinfo.az

1phrase_var_article.sources