AZ

Dünya və Avropa çempionu karyerasını başa vurdu

İspaniya millisinin heyətində dünya və ikiqat Avropa çempionu olmuş Xesus Navas karyerasını başa vurub. 

Fanat.Az xəbər verir ki, "Sevilya"nın 39 yaşlı müdafiəçisi üçün La Liqanın 18-ci turu çərçivəsində ötən gün "Real Madrid"lə baş tutan səfər matçı (2:4) sonuncu olub. 

Təcrübəli futbolçu qarşılaşmanın 65-ci dəqiqəsində meydana daxil olub.

Matç başlamazdan əvvəl hər iki komandanın oyunçuları onun üçün fəxri dəhliz düzüblər və "Real"ın yarımmüdafiəçisi Luka Modriç Navasa futbola verdiyi töhfələrə görə bütün Madrid oyunçularının imzası olan köynək hədiyyə edib.

O, bud nahiyəsində ciddi problemlər yaşadığı üçün mövsümün ortasında karyerasını bitirmək məcburiyyətində qalıb.

Navas İspaniya millisində meydana çıxdığı 56 oyunda 5 qolla yadda qalıb. Karyerası ərzində "Sevilya" və "Mançester Siti"nin formasını geyinmiş müdafiəçi bu komandaların heyətində ümumilikdə 672 oyun keçirib, 33 qol vurub.

phrase_var_article.chosen
7
10
fanat.az

10phrase_var_article.sources