AZ

Azərbaycan klubu legioner həndbolçu ilə yollarını ayırıb

Bakı, 23 dekabr, AZƏRTAC

Kişi həndbolçulardan ibarət “Bakı” klubunda ayrılıq reallaşıb.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi rusiyalı oyunçu Valeri Kramarovla vidalaşıb. Gənc oyunçu şəxsi məsələlərinə görə komandanı tərk edib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Bakı” komandası ötən mövsüm ölkə çempionatını ikinci yerdə başa vurmuşdu.

phrase_var_article.chosen
11
2
azertag.az

3phrase_var_article.sources