AZ

Azərbaycan vasitəçilik etdi – Rusiya və Ukrayna bu məsələdə razılaşmadı

Rusya və Ukrayna arasındakı qaz böhranı, Avropanın enerji təhlükəsizliyini təhdid edəcək şəkildə dərinləşir.

News24.az xəbər verir ki, Azərbaycanın vasitəçilik etdiyi danışıqlardan heç bir nəticə çıxmadığı və mövcud qaz tranzit müqaviləsinin ilin sonunda sona çatacağı bildirilir.

SOCAR-ın yüksək vəzifəli bir nümayəndəsi, tərəflərin təxminən bir ildir davam edən danışıqlarda razılaşmaya varmadığını qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin ötən həftə Ukrayna üzərindən Avropaya qaz təchizatı üçün yeni bir müqavilənin olmayacağının artıq aydınlaşdığını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya ilə ödəniş edilməməsi şərti ilə qaz axınının davam edə biləcəyini, lakin Moskvanın bu şərti qəbul etməsinin az ehtimal olduğunu vurğulayıb. Ukrayna 2022-ci ildə Rusiya tərəfindən başlanan işğal səbəbindən bu müqaviləni uzatmaqdan imtina etdiyini açıqlayıb.

Şmıgalın açıqlamaları Avropanın enerji təchizatında böyük bir qeyri-müəyyənlik yaradırkən, Slovakiya kimi Rusiya qazına asılı ölkələr üçün narahatlıqları artırıb.

Slovakiyanın baş naziri Robert Fiko bazar günü Putinin Slovakiyaya qaz təmin etməyə davam etməyə hazır olduğunu, lakin bunun praktiki olaraq mümkün görünmədiyini ifadə edib.

Bu açıqlamadan sonra Fiko Rusiyaya səfər edərək, Putinlə görüşüb.

Görüşdən sonra Kreml Avropa ölkələrinin Rusiya qazı alışı ilə bağlı vəziyyətin getdikcə daha mürəkkəbləşdiyini və bu məsələnin diqqətlə ələ alınması lazım olduğunu qeyd edib. Kremlin sözçüsü Dmitri Peskov danışıqlar haqqında daha ətraflı məlumat verə bilməyəcəyini, lakin ikitərəfli əlaqələr və Ukraynadakı müharibənin də müzakirə edildiyini söyləyib.

Peskov, “Avropa ölkələrinin Rusiya qazına olan ehtiyacı və bu qazın iqtisadiyyatlarının işləməsi üçün vacib olduğu mövqeyini bilirik" deyərək, böhranın ciddiliyinə diqqət çəkib.

SOCAR nümayəndələri Ukraynalı və Rusiya enerji şirkətlərinin nümayəndələri ilə may ayında İstanbulda, avqust ayında isə Vyanada görüşlər keçirdiklərini, lakin tərəflərin şərtlərdə razılaşmadığını açıqlayıb.

SOCAR Rusiyanın “Gazprom” və Ukraynanın dövlət enerji şirkəti “Neftogaz”dan hələ rəsmi bir açıqlama gəlmədiyini bildirib.

Avropa Rusya və Ukrayna arasındakı gərginliyin qaz axınına təsirlərini yaxından izləməyə davam edir. Avropa Birliyi Azərbaycan kimi alternativ mənbələrə yönələrək enerji təchizatını müxtəlifləşdirməyə çalışsa da, bu böhran qitənin enerji təhlükəsizliyində zəiflik yaratmağa davam edir.

Aynurə

Seçilən
15
news24.az

1Mənbələr