AZ

Paşinyan Qarabağ məsələsində əsas səhvini AÇIQLAYIB

Qarabağla bağlı danışıqlar onun 1994-cü ildən Azərbaycana qaytarılmasını nəzərdə tuturdu.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da bildirib.

O qeyd edib ki, danışıqların məzmunu ilə 2018-ci ildə tanış olub, lakin vətənpərvərliyindən dolayı bunu etiraf etməyib və erməni xalqına danışıqların məzmununu açıqlamayıb. Paşinyan bunu böyük səhv adlandırıb.

Ermənistanın baş naziri qeyd edib ki, danışıqlar prosesinin başqa məzmunu yoxdur. Onun sözlərinə görə, danışıqların fərqli məzmunu haqqında rəvayət onun ölkəsində “sırf daxili siyasi problemlərin həlli üçün” ortaya atılıb.

Bu kontekstdə mən çox böyük səhv etdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olanda yuxarıda deyilənləri özümə etiraf etmədim (vətənpərvərliyim bunu etməyə imkan vermədi) və ona görə də bütün bunları xalqa izah etmədim”, - Paşinyan yazıb.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr