AZ

Paşinyan Qarabağla bağlı: "Mən çox böyük bir səhv etmişəm"

1994-cü ildən bəri, yəni atəşkəsdən sonra danışıqlar prosesi Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması ilə bağlı olub. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media hesabında yazıb.

O bildirib ki, 1994-cü ildən bəri, atəşkəsdən sonra danışıqlar prosesinin başqa heç bir məzmunu olmayıb.

''Digər məzmunlu söhbətlər Ermənistanda sırf daxili siyasi problemlərin həlli üçün meydana gətirilib. Bu kontekstdə, mən çox böyük bir səhv etmişəm. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olarkən bunları özümə etiraf etməmişəm. Sizə məlum olan vətənpərvərliyimin modeli bunu etməyə imkan verməyib və ona görə də bütün bunları xalqa izah etməmişəm'', - Baş nazir bildirib.

Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı torpaqlarını işğaldan azad edib.

Bundan sonra Nikol Paşinyan bir neçə dəfə Qarabağın Azərbaycana aid olduğunu etiraf edib.

2022-ci il Praqa bəyanatında Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyüü tanıyıb, amma hələ də iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
12
bbc.com

1Mənbələr