AZ

Tramp elan etdi: Bu torpaqlara ABŞ nəzarət etməlidir!

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Qrenlandiyaya nəzarət etməlidir.

Aktual.az xəbər verir ki, o, bu barədə "Truth Social” şəbəkəsindəki səhifəsində yazıb.

"ABŞ-ın Danimarkadakı səfiri vəzifəsində işləmək üçün Ken Houeri seçdiyimi elan etməkdən məmnunam. Bütün dünyada milli təhlükəsizlik və azadlıq maraqları baxımından ABŞ hesab edir ki, Qrenlandiya üzərində mülkiyyəti və nəzarəti tamamilə zəruridir. Ken ABŞ maraqlarının əla nümayəndəsi olacaq”, - o bildirib.

Qeyd edək ki, Trampın ilk prezidentliyi dövründə Amerika mediası onun Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqlarına malik Qrenlandiyanın əldə edilməsi imkanları ilə maraqlandığını yazıb.

Seçilən
7
25
ulusum.az

10Mənbələr