AZ

Aleksandr Vuçiç Ceyhun Bayramovla hərbi sənaye sahəsindəki əməkdaşlığı müzakirə edib

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla hərbi sənaye sahəsindəki əməkdaşlığı müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Serbiya prezidenti "Instagram" hesabında paylaşım edib.

Dövlət başçısı bildirib ki, görüş zərçivəsində mövcud geosiyasi şərait, regiondakı vəziyyət, enerji təhlükəsizliyi, o cümlədən Serbiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər diqqətdə saxlanılıb.

A.Vuçiç Azərbaycanın səmimi dost və məsuliyyətli tərəfdaş kimi Serbiyaya daim arxalana biləcəyini vurğulayıb:

"Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarına görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür etdim. Müzakirə zamanı iqtisadi əməkdaşlıq, hərbi sənaye sahəsində əməkdaşlıq, Azərbaycanın "EXPO-2027" sərgisində iştirakı xüsusi diqqət mərkəzində oldu. Bizim birgə Niş şəhəri yaxınlığında qaz elektrik stansiyası tikmək planlarımız müstəsna əhəmiyyət kəsb edir. Çünki bu vətəndaşlarımızı əlavə elektrik enerjisi ilə təmin edəcək".

Serbiya Prezidenti XİN başçısı ilə görüş çərçivəsində Azərbaycan Prezidentini Serbiyaya dəvət edib:

"Nazir Bayramovdan xahiş etdim ki, mənim salamlarımı dostum Prezident İlham Əliyevə çatdırsın və onu tezlikləSerbiyada Strateji Tərəfdaşlıq Şurasının iclasında gözlədiyimizi söyləsin".

Seçilən
5
3
musavat.com

4Mənbələr