Xəbər verildiyi kimi, ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliten”ə yeni sədr təyin edilib. Həmin posta Vüsal Aslanov gətirilib.
Əgər bu məlumatlar realdırsa, o zaman aydın olan budur ki, Cavid Qurbanov təkcə müavinini deyil, həm də öz biznesini idarə edən şəxsi belə mühüm posta gətirilməsinə yardımçı olub. Rəsmi mərc oyunu olan TOPAZ-ı 4 il idarə edən Vüsal Aslanovun Metropolitenə hansı şəkildə idarə edə biləcəyi bir qədər qəribə görünür. Ümid edək ki, yeni sədr metropoliteni də TOPAZ kimi idarə etməyəcək.
tribunainfo.az