AZ

Nino Tsilosani: Gürcüstanda hökumət əleyhinə aksiyaların arxasında Soros fondu dayanır

Tbilisi, 23 dekabr, AZƏRTAC

Gürcüstanda noyabrın 28-dən keçirilən hökumət əleyhinə aksiyaların arxasında amerikalı milyarder Corc Sorosun yaratdığı Soros fondu dayanır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani sosial şəbəkələrdə yazıb.

O yazır ki, bir gün əvvəl “İmedi” telekanalı Tbilisidəki etiraz aksiyalarının təşkilatçıları – “Daitov” (“Yanında qal”) və “Caçvi” (“Zəncir”) təşkilatları barədə reportaj hazırlayıb. Amerikalı milyarder Corc Soros tərəfindən maliyyələşdirilən Açıq Cəmiyyət Fondunun binasında təşkilatçılar və fəalların görüşləri keçirilir. Ofisdəki fəallara lazımi simvollar - Gürcüstan, Aİ, ABŞ bayraqları, vərəqələr və plakatlar verilir.

“Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp Soros və onun fondunun qadağan edilib-edilməməsi ilə bağlı sorğu keçirərkən, Soros Fondu Gürcüstanda hökumət əleyhinə etirazlar təşkil edir”, - deyə Tsilosani bildirib.

Bundan əvvəl rəsmi Tbilisi Soros Açıq Cəmiyyət Fondunu Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsinə qarşı aparılan kampaniyada birbaşa iştirakda ittiham etmişdi.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
18
3
azertag.az

4Mənbələr