AZ

Zelenski: Şimali Koreyanın əlavə qoşun göndərməsi riskləri var, ciddi cavablarımız olacaq

Şimali Koreyanın Rusiya ordusuna əlavə qoşun və hərbi texnika göndərməsi riskləri var və bizim buna ciddi cavablarımız olacaq. 

Sherg.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz X hesabında yazıb. "Bu gün cəbhəboyu və Kursk əməliyyatının keçirildiyi ərazilərlə bağlı Ali Baş Komandan Sırskidən məlumat aldıq. İlkin məlumatlara görə, Kursk vilayətində öldürülən və yaralanan Şimali Koreya əsgərlərinin sayı artıq 3 mini keçib.

Dünya üçün anlamaq vacibdir ki, Koreya yarımadası ətrafında və qonşu regionlarda və ya sularda sabitliyin pozulması riski Moskva və Pxenyan arasında artan əməkdaşlıqla mütənasib şəkildə artır. Rusiyadan müasir müharibə təcrübəsinin ötürülməsi və hərbi texnologiyaların yayılması qlobal təhlükədir. Dünya üçün sabitliyin bərpasının dəyəri sabitliyi pozan və insanların həyatını məhv edənlərə təsirli təzyiq göstərməkdən həmişə qat-qat yüksəkdir", - o bildirib.
Seçilən
24
sherg.az

1Mənbələr