AZ

Tehran və Moskva hərtərəfli razılaşmaya hazırlaşır

Suriyada rejim dəyişikliyindən əziyyət çəkən Tehran və Moskva müdafiə və ticarət sahəsində hərtərəfli razılaşmaya hazırlaşır.

Demokrat.az
xəbər verir ki, razılaşma iki ölkənin ABŞ-a qarşı ortaq mövqelərini gücləndirmək səyləri kimi qiymətləndirilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bəyan edib ki, saziş yanvarda keçiriləcək ikitərəfli səfər zamanı imzalanacaq və tərəflər bu məsələ ilə bağlı tarixi müəyyənləşdirməyə çalışırlar.

Moskva Ukrayna müharibəsi başlayandan İran və Şimali Koreya kimi anti-ABŞ ölkələri ilə münasibətlərini gücləndirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabr ayında verdiyi açıqlamada Moskva və Tehranın müdafiə sahəsində əməkdaşlığı da əhatə edən saziş imzalamağı planlaşdırdığını bildirib.


Əfsanə Kamal
Demokrat.az

Seçilən
17
50
demokrat.az

10Mənbələr