AZ

PSJ bu transfer üçün 100 milyon avro ayırdı

Fransanın PSJ klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin əsas hədəfi "Nyukasl"da çıxış edən Aleksander İsakdır. Bu barədə "Fichajes" məlumat yayıb.

PSJ rəhbərliyi isveçli hücumçunun keçidi üçün 100 milyon avroluq büdcə ayırıb. Parislilər yanvar ayında 25 yaşlı forvardı transfer etmək üçün onun klubu ilə danışıqlar aparacaq.

Qeyd edək ki, "Nyukasl" Aleksander İsakı 2022-ci ilin yayında "Real Sosyedad"dan transfer edib. İsveç millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
12
sportal.az

1Mənbələr