AzVision.az xəbər verir ki, bu barədə "New York Post" yazıb.
Tramp belə bir vədi Feniksdə (Arizona) gənc mühafizəkarlarla görüşü zamanı verib. Onun sözlərinə görə, bu əməliyyat Amerikanın 34-cü lideri Duayt Eyzenhauer tərəfindən aparılan əməliyyatdan daha böyük olacaq:
"Oval Ofisdəki ilk günümdə sərhədimizi qeyri-qanuni immiqrantlar üçün bağlamaq və ölkəmizə təcavüzü dayandırmaq üçün bir sıra tarixi sərəncamlar imzalayacağam. Elə həmin gün Amerika tarixindəki ən böyük deportasiya əməliyyatına başlayacağıq".
Qeyd edək ki, amerikalı siyasətçi qanunsuz mühacirləri deportasiya etmək planlarından dəfələrlə danışıb. O, İmmiqrasiya və Gömrük Mühafizəsi Departamentinin keçmiş direktoru vəzifəsini icra edən Tom Homanı Sərhəd Patruluna rəhbər təyin edib.
"Reuters"in məlumatına görə, 2022-ci ilin əvvəlində ABŞ-da qeyri-qanuni və ya müvəqqəti statusa malik təxminən 11 milyon immiqrant var.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta