“İsrailin Suriyaya qarşı hücumları bu ölkədə baş tutan inqilaba kölgə salma məqsədi daşıyır”.
Viral.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
Prezident qeyd edib ki, İsrail tez və ya gec işğal etdiyi ərazilərdən geri çəkilmək məcburiyyətində qalacaq.
Son Yazılar:
- İsrail işğal etdiyi ərazilərdən geri çəkilmək məcburiyyətində qalacaq
- Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi OLDU
- Azərbaycanın D-8-ə üzvlüyü bu təşkilatı daha da gücləndirəcək
Ərdoğan Suriyanın ərazi bütövlüyünün və suverenliyinin Türkiyə üçün önəmli olduğunu vurğulayıb.
Türkiyəli lider qonşu və bölgə ölkələrini Suriyanın bərpasına yardım etməyə də çağırıb.