Azərbaycan Taekvondo Federasiyasında (ATF) görüş keçirilib.
Rekord.az xəbər verir ki, ATF-in vitse-prezidenti Hikmət Səmədov paytaxt və bölgələri təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarının məşqçi-müəllimləri ilə bir araya gəlib.
Yığıncaq zamanı sabah start götürəcək yeniyetmə və gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı müzakirə olunub.
Tədbirdə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev və federasiyanın baş katibi Rüstəm Bağırlı da iştirak ediblər.
Görüşdə 2024-cü il ərzində taekvondo sahəsində əldə olunan uğurlardan danışılıb, ölkə çempionatı və birinciliklərinə hazırlıq prosesi müzakirə edilib.
Hikmət Səmədov taekvondonun Azərbaycanda daha da inkişafı üçün məşqçilərin bilik və bacarıqlarının daim təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Məşqçi-müəllimlər öz növbəsində, müxtəlif bölgələrdəki idmançıların hazırlığı ilə bağlı təkliflərini bildiriblər.