ABŞ Tayvanı təhlükəli vəziyyətə doğru sürükləyir ki, bu da potensial olaraq hərbi qarşıdurmaya çevrilə bilər.
Ölkə.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Çyan bildirib.
“ABŞ Tayvanın müstəqilliyini dəstəkləməmək barədə verdiyi vədə əməl etmir. Tayvan boğazında gərginlik yaratmağa çalışır və bu ölkəni müharibə riski ilə üz-üzə qoyur”, - Çyan deyib.