İsrailin müdafiə naziri İsrail Katz Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsində ölkəsinin əli olduğunu ilk dəfə etiraf edib.
Axar.az Ynet-ə istinadən xəbər verir ki, israilli nazir husilərlə bağlı çıxışında bu barədə deyib.
“Tehranda Haniyə, Qəzzada Sinvar və Livanda Həsən Nəsrullaha etdiyimiz kimi, husilərə də ciddi ziyan vurub, onların infrastrukturunu dağıdıb, liderlərini məhv edəcəyik”, - deyə o bildirib.
Xatırladaq ki, Haniyə 31 iyulda Tehranda öldürülüb. İsrail daha öncə onun ölümündə əli olduğunu etiraf etməmişdi.