Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən virtual aktivlərin və bu xidmətin təminatçılarının fəaliyyətinin tənzimlənməsi istiqamətində ekspertlərin iştirakı ilə “Virtual aktivlər və bazar ehtiyacları: ekspert müzakirəsi” adlı tədbir keçirilib.
AMB-dan Bizim.Media-ya bildirilib ki, tədbirdə virtual aktivlər üzrə tənzimləmə və nəzarət çərçivəsinin yaradılması, virtual aktivlər bazarı və Mərkəzi Bankın bu sahədəki tənzimləmə yanaşması kimi mövzular müzakirə olunub. İştirakçılar, həmçinin Qazaxıstan və Türkiyədə virtual aktivlərin tənzimlənməsi sahəsində əldə edilmiş təcrübələrlə tanış olublar.
Müzakirələr zamanı virtual aktivlər bazarında mövcud çağırışlar, risklər və potensial imkanlar, eləcə də maliyyə sektorunda bu aktivlərin inteqrasiyası üzrə müxtəlif təkliflər irəli sürülüb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta