Vaşinqton, 24 dekabr, AZƏRTAC
ABŞ-ın keçmiş prezidenti Bil Klinton xəstəxanaya yerləşdirilib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə onun sözçüsü məlumat yayıb. Bildirilir ki, 78 yaşlı keçmiş prezident temperaturu qalxdığı üçün bəzi test və müayinədən keçirilməsi məqsədilə Corctaun Universitetinin tibb mərkəzinə götürülüb. Klintonun əhval-ruhiyyəsinin yaxşı olduğu açıqlanıb.
Bil Klinton 1993-2001-ci illərdə ABŞ-ın Prezidenti olub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton