AZ

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsait ödənilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən 2024-cü ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 108,4 milyon manat vəsait daxil olub.

Bu barədə Fins.az Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, dövlət əmlakının icarəyə verilməsi sahəsində də işlər davam etdirilib:

"2024-cü ilin 11 ayı ərzində qeyri-yaşayış sahələrinə dair 571 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 6,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Eyni zamanda, cari ilin yanvar-noyabr ayları ərzində torpaq sahəsinə dair 3.152 yeni icarə müqaviləsi bağlanılıb".

"Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 27,8 milyon manat məbləğində vəsait daxil olub.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin müvafiq dövründə 3.723 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 17,1% artıb.

Cari ilin yanvar-noyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 34,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,5% artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 142,7 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% artım qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

Seçilən
7
1
fins.az

7Mənbələr