AZ

İsrail Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik mexanizminin rəisini məhv edib

İsrail hərbçiləri Qəzzada HƏMAS hərəkatının daxili təhlükəsizlik mexanizminin rəisi Tərvat Məhəmməd Əhməd əl-Beki məhv ediblər.

“Far.Az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“Əl-Bek əvvəllər Darac-Tuffda (Qəzza şəhərinin cənub hissəsində yerləşən rayon – red.) “Musa ibn Nusayr” məktəbi kimi fəaliyyət göstərən kompleksdə yerləşən komanda qərargahında olub”, – məlumatda qeyd olunub.

Hərbçilərin məlumatına görə, əl-Bek təhlükəsizlik mexanizmində mərkəzi fiqur və qərar qəbulu prosesində önəmli şəxs olub.

Qeyd olunub ki, HƏMAS-ın daxili təhlükəsizlik mexanizmi HƏMAS-ın yüksəkrütbəli üzvlərinin təhlükəsizliyinə cavabdehdir və onların hərbi fəaliyyətlərinin davam etməsini təmin etmək üçün sığınacaqlar təmin edir.

Seçilən
25
1
far.az

2Mənbələr