AZ

Azərbaycan səfirliyi yoxsul peruluların övladlarına bayram hədiyyələri paylayıb

Azərbaycanın Perudakı səfirliyinin əməkdaşları Peru – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, konqresmen Xose Xeri ilə birgə paytaxt Limanın Villa el Salvador rayonunun Ollita Virgen ərazisindəki aztəminatlı ailələrin uşaqlarına bayram ərməğanları paylayıblar.

“Far.Az” xəbər verir ki, bu barədə Azərbaycanın Latın Amerikası ölkəsindəki səfirliyin mətbuat xidməti bildirib.

“Azərbaycanın Perudakı səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, konqresmen cənab Xose Xeri ilə birlikdə Villa el Salvador rayonunun Ollita Virgen ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına Milad və Yeni İl münasibətilə hədiyyələr təqdim etdi”, – diplomatik missiyanın sosial şəbəkə hesabında yazılıb.

Qeyd edək ki, adıçəkilən rayon paytaxtın sosial və iqtisadi baxımdan çətinlik çəkən ərazilərindən biri hesab olunur.

Seçilən
7
2
far.az

3Mənbələr