Ötən gün Suriyada "İslam Dövləti" terror qruplaşmasının mövqelərinə havadan zərbə endirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Qeyd olunub ki, aviazərbələr nəticəsində iki terrorçu öldürülüb, biri isə yaralanıb.
"Deyr-əz-Zor əyalətində terrorçuların içərisində silah olan yük maşını endirilən zərbə nəticəsində məhv edilib", - məlumatda bildirilib.