AZ

Nigeriyada yoluxucu xəstəlik yayılıb - 190 nəfər ölüb

Afrika ölkəsi Nigeriyada yeni yoluxucu xəstəlik yayılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, heyvanlardan insanlara keçən "Lassa qızdırması" artıq geniş təhlükəli xarakter alıb.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Jide İdris bildirib ki, ölkədə Lassa qızdırması ilə bağlı ölümlərdə həyəcanverici artım var: "Bu il ölkədə 9492 nəfər Lassa qızdırması virusuna yoluxub. Onlardan artıq 190 nəfərı həyatı ilə vidalaşıb".

Samir Musayev
MİA.AZ

Seçilən
17
mia.az

1Mənbələr