AZ

Juninyonun keçmiş baş məşqçisi: Onun “Sevilya”ya tez uyğunlaşacağına inanıram

Bakı, 24 dekabr, AZƏRTAC

"Juninyo son dərəcə sürətli və əla hücumçudur. Buna görə də o, Avropanın istənilən çempionatında rahatlıqla oynaya bilər”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Portuqaliyanın “Şaveş” klubunun sabiq baş məşqçisi Vitor Kampeluş hazırda “Qarabağ”da çıxış edən sabiq futbolçusu Juninyonun İspaniyanın “Sevilya” komandasına mümkün keçidi barədə danışarkən deyib.

O, braziliyalı hücumçunun La Liqa təmsilçisində uğurlu olacağına inandığını bildirib: “Bəzən oyunçular müəyyən yaş dövründən sonra daha yaxşı təsir bağışlayır, baxımlı futbol sərgiləyirlər. Fikrimcə, Juninyo İspaniya klubunun azarkeşlərini sevindirmək gücünə malikdir. Onda bütün məşqçilərin bəyəndiyi xüsusiyyətlər var. Çox sürətlə hücuma keçməyi bacardığı kimi, komanda yoldaşlarına necə kömək edəcəyini də yaxşı bilir. Bir sözlə, universal oyuna üstünlük verən futbolçudur. Həlledici zərbələr zamanı da olduqca yaxşıdır”.

Portuqaliyalı mütəxəssis Juninyo ilə yaxşı münasibəti olduğunu və onunla tez-tez danışdığını söyləyib: “Bir neçə gün əvvəl onunla danışdıq və vaxtilə ofisimdə etdiyimiz bir çox söhbəti hələ də xatırladığını dedi. “Sevilya”ya tez uyğunlaşacağına inanıram. Çünki o, paltardəyişmə otağında sakitdir və həmişə pozitiv olur”.

Qeyd edək ki, Juninyo 2021-2023-cü illər mövsümündə Vitor Kampeluşun başçılığı altında “Şaveş” klubunda çıxış edib.

Seçilən
26
34
azertag.az

10Mənbələr