1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrael Kats HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsində Təl-Əvivin iştirakını rəsmən etiraf edib.
Oxu.Az bu barədə "Ynet" portalına istinadən məlumat yayıb.
"Biz Yəməndə onlara ("Ənsar Allah" hərəkatını nəzərdə tutur - red.) ciddi zərər vuracağıq, strateji infrastrukturlarını sıradan çıxaracağıq və liderləri ilə Tehranda Haniyə ilə etdiyimiz kimi davranacağıq", - deyə İsrailin müdafiə naziri qeyd edib.
Qeyd edək ki, İ.Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda gecələdiyi malikanədə yaxınmənzilli raketdən açılan atəşlə öldürülüb. İsrail hökuməti əvvəllər İ.Haniyənin öldürülməsində iştirakını etiraf etmirdi.