AZ

Gələn iki ildə azad edilmiş ərazilərdə 38 avtomobil yolu layihəsi başa çatdırılacaq

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən layihələrin sayı 44, ümumi uzunluğu isə 3 040,1 km təşkil edir.

APA-Economics” xəbər verir ki, bunlardan 6 avtomobil yolunun tikintisi işləri ötən illərdə başa çatdırılıb. Tikintisi davam edən 38 layihənin isə 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub.

Bundan başqa Agentlik tərəfindən 6 şəhərin (Şuşa, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının, həmçinin 7 kəndə gedən avtomobil yollarının tikintisi davam etdirilib.

Seçilən
11
1
apa.az

10Mənbələr