AZ

Orban tarix verdi: Ukraynada müharibə bitəcək, amma…

“Ukraynadakı silahlı münaqişə 2025-ci ildə başa çatacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Magyar Nemzet” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin yeni ildə bitməsi ehtimalı yüksəkdir:

“Mən buna əminəm, müharibə 2025-ci ildə başa çatacaq. Münaqişə ya sülh sazişi, ya da döyüşən tərəflərdən birinin məhvi ilə bitəcək”.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban və Rusiya Prezidenti Vladimir Putin arasında dekabrın 11-də telefon danışığı baş tutub. Danışıq zamanı Ukraynada davam edən müharibə müzakirə edilən əsas mövzulardan biri olub.
Seçilən
14
sherg.az

1Mənbələr