AZ

Türkiyə ilə Səudiyyə Ərəbistanı müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edir

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin geniş nümayəndə heyəti Türkiyəyə üç günlük səfər edib.

“İki sahil” xəbər verir ki, məlumatı Türkiyə Müdafiə Sənayesi Nazirliyi yayıb.

Bildirilib ki, Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini Xalid bin-Hüseyn əl-Biyari, Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Turki bin Bəndər əl-Səud və onları müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib.

Məlumata görə, tərəflər arasında danışıqlar müdafiə sənayesi şirkətlərinin iştirakı ilə üç gün davam edəcək.

Seçilən
7
ikisahil.az

1Mənbələr