ABŞ İsraili əl-Culani ilə əlaqələri inkişaf etdirməyə çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Amerika rəsmiləri İsrail rəsmilərinə göndərdikləri mesajda əl-Culani ilə əməkdaşlığın İsrailin bütün regionda təsirini gücləndirəcəyini bildiriblər:
“O, region ölkələri ilə strateji əlaqələri inkişaf etdirmək istəyən praqmatik liderdir”.
Onunla münasibətlərin qurulmasının İranın Suriyaya qayıtmasının qarşısını alacağı güman edilir.
“Lakin İsraildə əl-Culaninin beynəlxalq ictimaiyyəti məsxərəyə qoyduğundan şübhələnirlər və bununla izah edirlər ki, indi sadəcə onun rəhbərliyi altında yeni rejimi sabitləşdirməyə çalışır və onun bu (Suriyanı müsbətə doğru dəyişdirmək) niyyəti yoxdur.” , - deyə məqalədə qeyd olunur.
Toğrul İsmayıl,
Musavat.com