AZ

Azərbaycan və Gürcüstan ikili standartlara qarşı birgə adddımların vacibliyini vurğulayıblar

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 24-də ölkəmizdəsəfərdə olan Gürcüstan parlamentinin Gənclər, elm və təhsilməsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyinümayəndə heyəti ilə görüşüb.

Parlamentdən Trend-ə verilənməlumata görə, görüşdə Azərbaycan və Gürcüstan arasında dostluqmünasibətlərinin əhəmiyyəti qeyd edilərək, ölkələrimiz arasındaəlaqələrin yüksək səviyyədə olduğu, xalqlarımızın həmişəbir-birinin yanında olduğu bildirilib.

Vurğulanıb ki, Prezident İlham Əliyev də həmişə gürcüstanlıhəmkarları ilə keçirdiyi görüşlərdə bu məsələləri xüsusi qeydedir.

Milli Məclisin sədri Sahibə Qafarova, qonşu xalqlar olaraq,azərbaycanlıların və gürcülərin həmişə dostluq şəraitindəyaşadıqlarını, bizi birləşdirən ortaq dəyərlərimizin olduğunu və budəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə inkişafedən münasibətlər fonunda parlamentlərimiz arasında da əlaqələrinyüksək səviyyədə olmasından məmnunluq ifadə olunub. Qeyd edilib ki,qanunverici orqanlarımız ikitərəfli və üçtərəfli formatdaəməkdaşlıq edir. O cümlədən, beynəlxalq parlament təşkilatlarıçərçivəsində də qarşılıqlı dəstək mövcuddur.

Spiker Sahibə Qafarova Avropa Şurası Parlament AssambleyasındaAzərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiyaolunmaması ilə bağlı məsələyə münasibətdə Gürcüstan nümayəndəheyətinin göstərdiyi dəstəkdən məmnunluğunu bildirib.

Görüşdə hər iki ölkənin parlamentinə seçkilərdən sonra yenitərkibin fəaliyyətə başladığı və qarşıdakı dövrdə də əlaqələrindaha da genişləndirilməsi istiqamətində fəaliyyətin davametdiriləcəyi vurğulanıb.

Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələlərikomitəsinin sədri Givi Mikanadze Azərbaycan Prezidenti İlhamƏliyevin doğum günü münasibətilə təbriklərini çatdırıb. Qonaq,Prezident İlham Əliyevin tarixi şəxsiyyət olduğunu, onun rəhbərliyiilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini söyləyib.

O, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilininsalamlarını Milli Məclisin sədrinə çatdırıb.

Givi Mikanadze ölkələrimiz arasında böyük dostluq əlaqələrininmövcud olduğunu, bəzi "dostlar"ın Azərbaycan və Gürcüstanın biryerdə olmasından narahatlıq keçirdiyini söyləyib. O, AzərbaycanınGürcüstana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Qonaq,Gürcüstanda keçirilən həm parlament, həm də prezident seçkilərindənsonra ilk təbriklərin də Azərbaycandan gəldiyini qeyd edib.

Komitə sədri Azərbaycan və Gürcüstanın beynəlxalq müstəvidə dəbir-birini dəstəklədiklərini vurğulayıb.

Söhbət zamanı ölkələrimizə qarşı mövcud olan ikili standartlaraqarşı mübarizədə də birgə addımlamağın vacibliyi qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
15
9
az.trend.az

10Mənbələr