AZ

Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər 15 milyard dolları ötüb

Bakı. Trend:

1999-cu ildə əsası qoyulan Dövlət Neft Fondunun (ARDNF) hazırkıaktivləri 60 milyard ABŞ dollarını keçərək, ölkə iqtisadiyyatınıntəxminən 80 faizinə bərabər olmuşdur.

Trend ARDNF-əistinadən xəbər verir ki, bunu Fondun İcraçı direktoru İsrafilMəmmədov qurumun 25 illik yubileyinə həsr olunmuş İllik Yığıncaqdabildirib.

O qeyd edib ki, Fondun vəsaitlərinin idarə edilməsindən əldəolunan gəlirlər artıq 15 milyard ABŞ dollarını ötüb: “Bu rəqəmlərDövlət Neft Fondunun uğurlu fəaliyyət modelinə, stratejiyanaşmasına və beynəlxalq standartlara əsaslanan risk idarəetməmexanizminə söykənən investisiya siyasətinə dəlalət edir. Fond,təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eynizamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyinimöhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa vəgələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyədayaqlarından biri kimi çıxış edir”.

Tədbirdə Fondun müxtəlif struktur bölmə rəhbərləri də çıxışedərək, ARDNF-nin 25 il ərzində əldə etdiyi nailiyyətlərə nəzərsalıblar. Çıxışlarda ölkə iqtisadiyyatına dayanıqlı və uzunmüddətlitöhfələr vermək məqsədilə həyata keçirilən layihələr, investisiyastrategiyaları və idarəetmə prinsipləri ətraflı müzakirə olunub.Gələcək perspektivlərdən danışan çıxışçılar dayanıqlı inkişaf,beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal investisiyaplatformalarında aktiv iştirak kimi prioritet istiqamətlərixüsusilə önə çəkiblər.

Qeyd edək ki, Dövlət Neft Fondu, yaradıldığı gündən bəri həmmöhkəm təməlləri, həm də çevik idarəetmə yanaşması ilə ölkəniniqtisadi dayanıqlılığını təmin etməkdə mühüm rol oynayır. Prezidentİlham Əliyevin dəstəyi ilə ARDNF bu gün indiki və gələcəknəsillərin mənafeyinə xidmət edən əsas iqtisadi sütunlardan birikimi fəaliyyətini uğurla davam etdirir.

Məqalədə:
Seçilən
12
10
az.trend.az

10Mənbələr