AZ

Cəlilabadda hoteldə yanğın oldu - Foto - Yenilənib

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayon mərkəzində - Seyrangah deyilən ərazidə bir müddətdir, istifadəsiz qalan “Göl” hotelində baş verib.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən yanğınsöndürmə işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.

***

FHN hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Cəlilabad rayonunda yerləşən hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. 

Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 800kv.m. olan otelin  2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12kv.m. sahədə yanıb.

Otel binası yanğından mühafizə olunub.

Surxay Şahbazov

Seçilən
5
6
qafqazinfo.az

10Mənbələr