AZ

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Fasiləyə ikinci pillədə yollanmağımız əziyyətimizin bəhrəsidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Araz-Naxçıvan" klubunun baş məşqçisi Elmar Baxşıyev futbolçularının qış fasiləsinə qədərki performansını dəyərləndirib.
Bu barədə Oxu.Az-a açıqlama verən Elmar Baxşıyev bütün futbolçularından məmnun olduğunu və qış fasiləsindən sonra daha yaxşı "Araz-Naxçıvan"la meydana çıxacaqlarını bildirib.
"Mövsümün əvvəlində komandanı quranda, bu yola çıxanda müəyyən hədəflər də müəyyənləşdirmişdik. Təbii ki, məqsədimiz oyundan-oyuna inkişaf etmək, daha yaradıcı oynamaq və çox xal toplamaqdır. Qış fasiləsinə ikinci pillədə yollanmağımız komanda olaraq əziyyətimizin bəhrəsidir. Elə oyun oldu ki, xal itirməməli idik, çünki üstün tərəf idik, elə görüş də oldu ki, çətin də olsa, istəyimizə çatdıq. Ümumi götürdükdə, hazırkı mövqeyimizdən məmnunam. Amma hələ çempionatın yarısı geridə qalıb. Qış fasiləsindən sonra bizi daha çətin, gərgin oyunlar gözləyir. Futbol proqnozları sevmir. Uğurlu nəticə əldə etməyimizi zaman göstərəcək. Əlbəttə, komandalar çalışacaq ki, geridə qalan oyunlarda ortaya çıxan zəif cəhətlərini gücləndirsinlər. Biz də bu fasilədən səhvlərimizi düzəltmək üçün istifadə edəcəyik",-deyə E.Baxşıyev bildirib.
Seçilən
19
50
oxu.az

10Mənbələr