AZ

Ukraynadan Rusiyaya aparılan uşaq intihar etdi

Ukraynanın Xerson vilayətində uşaq evinin rəhbəri Lidiya Şarvarla Xersonun işğalı zamanı ruslarla əməkdaşlığa başlayıb. Ukrayna Xersonu azad etdikdən sonra uşaq evinin uşaqlarını da götürərək, Rusiyaya qaçıb. Lakin bir uşaq buna dözə bilməyib.


News365.az lent.az-a istinadən Şarvarla qəyyumluqdan imtina etdikdən sonra uşaqlar Krasnodar diyarının Kuçuqurı kəndindəki müvəqqəti yaşayış məntəqəsinə düşüblər. Uşaqlardan biri Aleksandr Yakuşenko himayədar ailəyə götürüldükdən sonra intihar edib.


Məlumata görə, övladlığa götürən ailə ən ucuz qəbri seçib və yas mərasiminə laqeyd yanaşıb.


Ölümündən bir müddət əvvəl oğlanın himayədar ailə ilə münasibətindən danışdığı səsli mesaj göndərdiyi məlum olub.


"Orada heç kimə ehtiyacım yoxdur. Mənə bunu başa saldılar. Hamının həyatını məhv edirəm. Buna dözə bilmərəm, özümü asaram... Mən olmasaydım, indi heç kimin problemi olmazdı, kaş bura gəlməyəydim...” - deyə uşaq bildirib.


Oğlan Ukraynaya anasının yanına qayıtmağı düşünüb, lakin ukraynalının dostlarının dediyinə görə, ailə bir dəfə onun sənədlərini götürüb.


Xatırladaq ki, Ukrayna müvəqqəti işğal olunmuş ərazilərdə olan və ya Rusiyaya aparılan uşaqları geri qaytarmağa çalışır.

Seçilən
6
4
news365.az

10Mənbələr