Ukraynanın Zaporojye vilayətinin işğal olunmuş Berdyansk şəhərinin “şura sədri” Vasili Neçetanın avtomobili partladılıb.
Axar.az Ukrayna mediasına istinadən xəbər verir ki, o, partlayışda xəsarət alıb.
Neçeta tez bir zamanda xəstəxanaya çatdırılıb, hazırki vəziyyəti barədə məlumat yoxdur.
Əlavə məlumat verilmir.