AZ

Çinin yeni təyyarəsi “Concorde”dan

Çinin "Space Transportation" şirkəti səs sürətindən dörd dəfə sürətli hərəkət edəcək "Yunxing" adlı süpersonik reaktiv təyyarənin testlərini uğurla tamamlayıb. Metbuat.az xəbər verir ki, bu təyyarə London ilə Nyu-York arasındakı məsafəni cəmi iki saatdan az müddətə qət edə biləcək."South China Morning Post"un məlumatına görə, təyyarə sınaqlar zamanı 20.000 metrdən yuxarı yüksəkliklərdə saatda 4.900 km sürət (4 Mach) əldə edib. Bu sürət məşhur "Concorde" təyyarəsinin maksimum sürəti olan "2 Mach"dan iki dəfə artıqdır. "Space Transportation" təyyarənin yaxın kosmik mühitlərdə yüksək sürətli uçuşlar üçün böyük kommersiya potensialına malik olduğunu bildirib."Yunxing"in fərqli cəhətlərindən biri onun şaquli qalxma və enmə qabiliyyətidir. Bu texnologiya sayəsində təyyarə ənənəvi böyük hava limanlarından asılı olmadan daha kiçik ərazilərdən qalxa və enə bilər. Eyni zamanda, aerodinamik istiliyə tab gətirmək üçün davamlı yüngül və yüksək möhkəmlikli kompozit materiallardan hazırlanacaq.

Uçuş zamanı sərnişinlər Yer kürəsinin əyriliyini görə biləcək qədər yüksəkdə olacaq. İlk kommersiya uçuşunun 2030-cu ilədək həyata keçirilməsi planlaşdırılır.

Seçilən
7
50
metbuat.az

10Mənbələr