AZ

ARDNF-nin vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər 15 milyard dolları ötüb

Bu il təsis olunmasının 25-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF), "Milli sərvətdən dayanıqlı inkişafa doğru" şüarı altında, Fond əməkdaşlarının iştirakı ilə İllik Yığıncağı keçirilib.

FED.az xəbər verir ki, tədbirdə çıxış edən ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov, Fondun ötən 25 il ərzində keçdiyi inkişaf yolundan, əldə olunmuş mühüm uğurlardan və gələcək planlardan bəhs edərək bildirib:

“1999-cu ildə əsası qoyulan Dövlət Neft Fondunun hazırkı aktivləri 60 milyard ABŞ dollarını keçərək, ölkə iqtisadiyyatının təxminən 80 faizinə bərabər olmuşdur. Bununla yanaşı, Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər artıq 15 milyard ABŞ dollarını ötüb. Bu rəqəmlər Dövlət Neft Fondunun uğurlu fəaliyyət modelinə, strateji yanaşmasına və beynəlxalq standartlara əsaslanan risk idarəetmə mexanizminə söykənən investisiya siyasətinə dəlalət edir. Fond, təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir.”

Tədbirdə Fondun müxtəlif struktur bölmə rəhbərləri də çıxış edərək, ARDNF-nin 25 il ərzində əldə etdiyi nailiyyətlərə nəzər salıblar. Çıxışlarda ölkə iqtisadiyyatına dayanıqlı və uzunmüddətli töhfələr vermək məqsədilə həyata keçirilən layihələr, investisiya strategiyaları və idarəetmə prinsipləri ətraflı müzakirə olunub. Gələcək perspektivlərdən danışan çıxışçılar dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal investisiya platformalarında aktiv iştirak kimi prioritet istiqamətləri xüsusilə önə çəkiblər.

ARDNF-ninARDNF-ninARDNF-nin
Seçilən
0
13
fed.az

10Mənbələr