AZ

Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

Bakı, 25 dekabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 26-da Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşları dinləyəcək.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, qəbul saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinə (əlaqə vasitələri: (018) 654 00 40, (070) 275 88 33, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Seçilən
19
2
azertag.az

3Mənbələr